• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib

Mədəniyyət

15-09-2026, 11:22
Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib

Xəbər verdiyimiz kimi, İsveçrədə keçirilən “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin geniş proqramla təqdimatı davam edir.

Liderxeber.az xəbər verir ki, bu barədə  Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il dünyaşöhrətli festivalın 80 illik yubileyi qeyd olunur. Ölkəmizin yubiley festivalında fəxri qonaq olması Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğatı baxımından xüsusilə əlamətdardır. 

Sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib. 

İki hissədən ibarət proqram Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fuad İbrahimovun dirijorluğu ilə dahi bəstəkətin bu əbədiyaşar sənət incisini böyük şövqlə ifa edib. 

Sonra orkestrin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, A.Əlizadənin “Cəngi”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib. 

Gecədə Alim Qasımov “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) isə “Sarı gəlin” Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Eldar Mansurovun “Odlar yurdu” rəqsini və “Uzundərə” Azərbaycan xalq rəqsini təqdim edib.

Solistlər – Samir Cəfərov (tenor) Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov (fortepiano) F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov (tenor) F.Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova (soprano) Niyazinin “Arzu”, Ceyla Seyidova və Elvin Hoca Qəniyev (skripka) Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova (mezzo-soprano) F.Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”, Əhəd Ağayev (xanəndə) “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İ.Sarabskinin “Caz kompozisiyası” (müşayiət: İ.Sarabski – fortepiano və Ş.İmanov – tar), Elmina Həsənova və Samir Cəfərov Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülnaz və Əsgərin dueti, Şəhriyar İmanov H.Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərini ifa ediblər.

Qala konsert bütün solistlərin birgə ifasında M.Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecə tamaşaçılara unudulmaz anlar bəxş edib. 

Ansambl, orkestr və solistlərin hərarətli ifası müxtəlif ölkələrdən olan sənətsevərlərə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.

Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.






Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Mədəniyyət

18-09-2023, 09:41

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ölkə

15-06-2026, 11:36

Milli Qurtuluş Günü ilə bağlı konsert - Xankəndi Mədəniyyət Mərkəzində ilk

Mədəniyyət

22-11-2024, 11:00

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun dogum günüdür

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə
Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
Mərkəzi Banka yeni səlahiyyət verilir
Mərkəzi Banka yeni səlahiyyət verilir
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
Siyasət
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xəbər Lenti
  • Bu gün, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Bu gün, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Bu gün, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Bu gün, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Bu gün, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Bu gün, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə