• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

2030-cu ilədək Bakı metrosunun inkişafına 4 milyard manatdan çox vəsait tələb olunur

İqtisadiyyat

10-01-2025, 13:36
2030-cu ilədək Bakı metrosunun inkişafına 4 milyard manatdan çox vəsait tələb olunur

Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

Liderxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə keçirilən mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, 2025-2030-cu illər ərzində proqramın icrası üçün 4,202 milyard manat vəsait tələb olunur: "Bu vəsaitin 493 milyon manatı cari il üçün nəzərdə tutulub".

R. Hümmətov vurğulayıb ki, proqram çərçivəsində sərnişin axınını 88 milyon nəfərə çatdırmaq məqsədilə 2 stansiyanın tikintisinin başa çatdırılması, 1 stansiyanın təmir edilməsi və 8 yeni stansiyanın inşası planlaşdırılır. “Artıq 6 stansiyanın yeri müəyyənləşdirilib”.

Onun sözlərinə görə, “Bənövşəyi xətt”də 6, “Yaşıl xətt” üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur:

“Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, Bakı metropoliteninin inkişafı çərçivəsində ‘Yaşıl xətt’in ‘Xətai-Həzi Aslanov-2’ seqmentində 4 stansiya, həmçinin ‘Dərnəgül’ elektrik deposunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ‘Bənövşəyi xətt’in inkişafı ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə sərnişin axınının daha səmərəli tənzimlənməsi və metropolitenin tranzit rolunun gücləndirilməsi hədəflənir”.

Son illərdə Bakı metropoliteninin modernləşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayan nazir müavini əlavə edib ki, 7 metro stansiyası və 1 depo inşa edilib, yeni “Bənövşəyi xətt” istifadəyə verilib.

O qeyd edib ki, COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və bununla da yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb:
“Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlərin təmin olunmasına şərait yaradacaq”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

18-11-2024, 09:01

COP29 gündəliyi - 18.11.2024

Ölkə

30-06-2024, 23:43

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Ölkə
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Hökməlidə yanğın olub- Video
Hökməlidə yanğın olub- Video
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Siyasət
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
27-10-2026, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Dünən, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Dünən, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə