• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Deputat: "Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb”

İqtisadiyyat

7-06-2024, 21:40
Deputat: "Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb”

Bir neçə gün əvvəl iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi oldu.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisinin Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsindəki mühüm rolu barədə danışdı. Dövlət başçımız bildirdi ki, o vaxtdan bəri bu, daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. 

Cənab Prezident otuz il bundan əvvəl Azərbaycanın düşdüyü ağır vəziyyət, qonşu Ermənistanın təcavüzü, torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı, vətəndaş müharibəsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ilə ölkənin tarixində yeni səhifə açılması, irimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi barədə fikirlərini bölüşdü.

Cənab Prezident birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, üç il müddətində “Çıraq” platformasından ilk neftin hasil olunması, Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəmərinin ərsəyə gəlməsi, BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyaları, “Şahdəniz” yatağının əhəmiyyəti, Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırması, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olması barədə danışdı.

Dövlət başçımız çıxışında vurğuladı ki, “Bizim sözümüz imzamız qədər dəyərlidir”. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək, görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir.

Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin quruması, Azərbaycanda iqlim dəyişikliyinin qarşısının alınması üçün görülən işlər, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, hazırda inkişafda olan kiçik ada dövlətləri ilə aparılan fəal iş, onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması, COP29 və digər planlar barədə də danışdı.

Bütün bu deyilənlər göstərir ki, Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirərək beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışan ölkədir.

Jalə Əhmədova

Milli Məclisin deputatı


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

4-06-2024, 19:28

Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

4-06-2024, 11:02

Prezident: Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Temperatur 10° enəcək - Xəbərdarlıq
Temperatur 10° enəcək - Xəbərdarlıq
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Siyasət
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Bu gün, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Dünən, 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Dünən, 15:25
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Dünən, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Dünən, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Dünən, 11:52
Payız sessiyası başladı
Xəbər Lenti
  • Dünən, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Dünən, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Dünən, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Dünən, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Dünən, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Dünən, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Dünən, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
  • Dünən, 14:00
    Sabah leysan yağacaq - 02.10.2026
  • Dünən, 13:49
    Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
  • Dünən, 13:00
    Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
  • Dünən, 11:56
    Beynəlxalq turnirin ikinci günündə komandamız 7 medal qazandı - Fotolar
  • Dünən, 11:19
    “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
  • Dünən, 10:24
    Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət
  • Dünən, 10:17
    İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
  • Dünən, 09:20
    Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
  • Dünən, 09:00
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqla
  • Dünən, 08:41
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • Dünən, 17:48
    Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
  • Dünən, 16:44
    Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
  • Dünən, 16:30
    20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib
  • Dünən, 15:25
    Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
  • Dünən, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Dünən, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Dünən, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə