Filippində gəminin yanması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Liderxəbər TASS-a istinadən xəbər verir ki, Basilan vilayətinin qubernatoru Cim Xataman-Salliman ölənlər arasında 3 uşağın da olduğunu deyib.
Ümumilikdə, "Lady Mary Joy 3" gəmisinin göyərtəsində 250 sərnişin olub. Onlardan 230-u xilas edilib, daha 7 nəfərin axtarışı isə davam edir.