Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər fiber-optik magistralın inşası işlərinin birinci mərhələsi yekunlaşıb.
Liderxeber.az-Economics xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli bildirib.
O qeyd edib ki, artıq inşaat işlərinin satın alınması başa çatıb: "Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə muxtar respublika üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb".