• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Dünya

5-06-2024, 09:10
BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, mərasimdə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis, təşkilatın müxtəlif qurumlarınım yüksək vəzifəli rəsmiləri, üzv dövlətlərin səfirləri və diplomatları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qonaqlara ölkəmizin müstəqillik tarixi və inkişaf yolun barəsində geniş məlumat verib. Diplomat qeyd edib ki, məhz 2024-cü ildə ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra bu milli bayram, Müstəqillik Günü ölkəmizin bütün ərazisində qeyd olunub.

Y.Əliyev çıxışında uzun illər ərzində Azərbaycanın BMT ilə səmərəli əməkdaşlığından bəhs edib, ölkəmizin beynəlxalq təşkilatın iqlimlə bağlı fəaliyyətləri və çoxtərəfli əməkdaşlığın digər mühüm sahələrinə töhfələr verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iqlimlə bağlı fəaliyyətə milli səviyyədə və ondan kənarda təkan vermək üçün 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.

Azərbaycan inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyir və ölkə başçısının təşəbbüsü ilə həmin dövlətləri dəstəkləmək üçün xüsusi fondun yaradılması planlaşdırılır.

Diplomat Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. "Azərbaycanın iqlimlə bağlı fəaliyyətləri və davamlılığı özünün milli inkişaf planlarının və çoxtərəfli xarici siyasətinin mərkəzinə yerləşdirir", - diplomat deyib.

Y.Əliyev Azərbaycanın eyni zamanda 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyini qonaqların diqqətinə çatdırıb.

Mərasimdə Baş Assambleyanın sədri D.Fransis çıxış edib. Fransis çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik edib, Azərbaycan Demokratik Respublikasının Şərqdə ilk dünyəvi, demokratik dövlət qurduğunu vurğulayıb. Azərbaycanın BMT-yə verdiyi töhfələr barəsində danışan prezident bu ilin martında ölkəmizə səfəri çərçivəsində qatıldığı XI Qlobal Bakı Forumu barəsində danışıb, keçirdiyi yüksək səviyyəli görüşlərdən bəhs edib. Prezident ölkəmizi COP29-a sədrliyi münasibəti ilə təbrik edib və uğurlar diləyib.

Mərasimdə Azərbaycanın zəngin təbiətini, tarixini, milli adət-ənənələrini, Bakının füsunkar gözəlliklərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin mədəni hissəsində qonaqlar, milli musiqimizin canlı ifası fonunda Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Bu gün, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Bu gün, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Bu gün, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Bu gün, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Bu gün, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Dünən, 09:00
    Hökməlidə yanğın olub- Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə