TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb.
LiderXəbər xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:
“Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və ya canlı yayıma çıxa bilməyəcəksiniz. Bu funksiyalar yenidən əlçatan olduqda sizə xəbər verəcəyik”.
Qeyd edək ki, 2022-ci ilin martında TikTok sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmışdı. Buna səbəb Rusiya Silahlı Qüvvələrində saxtakarlıq haqqında qanunun qüvvəyə minməsi və onun pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması olub.