ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri Con Felan vəzifəsindən ayrılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyinin (Pentaqon) mətbuat katibi Şon Parnell sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, nazirin istefa qərarı dərhal qüvvəyə minib.
Nazirin səlahiyyətlərini müvəqqəti olaraq əvvəllər Felanın müavini olmuş Hunq Kao icra edəcək.
CNN telekanalının məlumatına görə, Felan əvvəllər iş adamı kimi tanınıb, hərbi xidmət təcrübəsi olmayıb. O, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra 2025-ci ildə HDQ naziri vəzifəsini tutub.
Telekanal bildirib ki, bundan əvvəl Felan həyat yoldaşı ilə birlikdə Trampın seçkiqabağı kampaniyası üçün vəsait toplamaqla məşğul olub.