• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftlə bağlı fərqli proqnozlar: Rusiya rəsmisindən xəbərdarlıq

Dünya

25-11-2025, 14:07
Neftlə bağlı fərqli proqnozlar: Rusiya rəsmisindən xəbərdarlıq

Qlobal enerji bazarında artan qeyri-müəyyənlik fonunda neft sənayesinə investisiya çatışmazlığı ilə bağlı rəsmən həyəcan siqnalı verilib.

Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neft sənayesinin yetərincə maliyyələşdirilməməsi yaxın illərdə qlobal bazarda ciddi təklif çatışmazlığına səbəb ola bilər. Onun sözlərinə görə, ənənəvi əlçatan yataqlar tükənir, çətin çıxarılan ehtiyatlar isə daha yüksək xərclər tələb edir. Bu səbəbdən investisiya bərpa olunmasa, tələb təklifi üstələyəcək, nəticədə bazarda struktiv tarazsızlıq yaranacaq.

Bu açıqlamalar enerji sektorunda formalaşan yeni reallıqlara işarə edir. Aleksandr Novakin investisiya çatışmazlığının dərinləşməsi ilə bağlı açıqlamaları neft istehsal edən ölkələr üçün qiymətlə bağlı narahatlıqlara hələlik əsas olmadığını ortaya qoyur. Və neftin qiymətinin 50 dollardan da aşağı düşəcəyi ilə bağlı verilən proqnozların əslində reallığı əks etdirmədiyini göstərmiş oldu.

Belə ki, qlobal enerji keçidi hələlik nefti tam əvəz etməsə də, bu keçid neft sənayesinə yönələn yatırımları ciddi şəkildə azaldıb. Məhz investisiyaların azalması dünya üçün yaxın illərdə struktur təchizat kəsiri riski yaradır. Təklif boşluğunun dərinləşməsi isə neft qiymətlərinin yüksəlməsi üçün əlverişli mühit formalaşdırıb. Analitiklərin fikrincə, yeni hasilat layihələrinin gecikməsi gələcək illərdə bazarda qiymət dalğalanmalarını və bahalaşma meylini daha da gücləndirəcək.

Qlobal enerji bazarı hazırda son onilliklərin ən ciddi struktur problemlərindən biri ilə qarşı-qarşıyadır. Dünya sürətlə bərpa olunan enerji mənbələrinə yönəlsə də, neftə olan real tələbat azalmır və bu ziddiyyət neft sənayesinə qoyulan investisiyaların kəskin şəkildə zəifləməsinə səbəb olur. Bu baxımdan Rusiya rəsmisinin açıqlaması yalnız siyasi bəyanat deyil, həm də son illərin faktiki bazar göstəricilərinə tam uyğun gələn iqtisadi reallıqdır. Statistikaya görə, neft yataqlarında hasilat göstəriciləri hər il dünya üzrə orta hesabla 6-8 faiz, şist yataqlarında isə 15-25 faiz civarında azalır. Bu, o deməkdir ki, mövcud hasilatı qorumaq üçün belə, hər il yüz milyardlarla dollar investisiya tələb olunur. Yeni yataqların əsas hissəsi riskli və bahalı ərazilərdə yerləşdiyindən maya dəyəri artır, mövcud hasilat isə azalmanı qarşılayacaq həcmdə kapital cəlb edə bilmir. Digər tərəfdən, qlobal kapital axınının istiqaməti dəyişib; 2024-cü ilin enerji sərmayəsi statistikasına görə, 3 trilyon dollarlıq ümumi investisiyanın 2 trilyon dollardan çoxu yaşıl enerji texnologiyalarına yönəldilib.

Beynəlxalq enerji qurumlarının açıqladığı son hesabatlar da neft hasilatına ayrılan sərmayələrin kəskin azaldığını təsdiqləyir. Beynəlxalq Enerji Agentliyi və OPEC rəsmilərinin, eləcədə dünyada ən çox neft hasil edən "Saudi Aramco" şirkətinin baş icraçı direktorunun bu yöndə açıqlamaları investorların neft hasilatına marağın azalmasını göstərir. Onların fikrincə dünyada neftə tələbat yaxın illərdə azalmasa, investisiya çatışmazlığı bazarda sıxlığa və qiymət dəyişkənliyinə səbəb ola bilər.

Beynəlxalq Enerji Agentliyinin və OPEK-in 2050-ci il üçün proqnozlarına görə, neftə tələbatın 116-120 milyon barel/sutka həcmində qalacağı bildirilir və neft-qaz sektorunun növbəti onilliklərdə 14 trilyon dollardan artıq kapitala ehtiyac duyacağı qeyd olunur. O da nəzərə çatdırılır ki, dünya enerji siyasətində neftdən imtina tempi reallıqdan daha tez təsvir edilir, halbuki tələbat hələ ən azı 15-20 il yüksək qalacaq.

Bütün bu məlumatlar birlikdə qlobal bazarda "təklif-tələbat qayçısı"nın formalaşdığını göstərir. Tələbat dünya əhalisinin və sənayeləşən ölkələrin artımı fonunda yüksəlməyə davam edir, təklif isə təbii azalma və kapital çatışmazlığı səbəbindən zəifləyir. Kapitalın bərpa olunan enerji mənbələrinə kütləvi axını neftə qoyulan vəsaitləri əvəz etsə də, "qara qızıl"ı hələ əvəz etmir. Bu struktur disbalans uzunmüddətli perspektivdə qiymətlərin artması üçün əlverişli şərait yaradır. İEA və OPEC-in modelləri 2027-2030-cu illər arasında neft qiymətlərində həm yüksək dəyişkənlik, həm də artım tendensiyasının güclənəcəyini göstərir.

Neftin bahalaşmasını şərtləndirən amillərlə yanaşı, qiymət artımına mane ola biləcək əks təsirlər də mövcuddur. İlk olaraq, qlobal iqtisadiyyatda zəifləmə, resessiya riskləri və inflyasiyanın yüksəlməsi iqtisadi aktivliyi azaldır ki, bu da neftə olan tələbatın aşağı düşməsinə və ucuzlaşmaya səbəb ola bilər.

Digər mühüm amil enerji keçidinin sürətidir. Əgər elektromobillərinin yayılması, bərpa olunan enerji mənbələrinin genişlənməsi və hidrogen texnologiyalarının tətbiqi gözləniləndən daha sürətli baş verərsə, neftə olan tələbat daha tez pik həddinə çata və qiymətləri aşağı sala bilər.

Dünya bazarlarında neft qiymətlərinin dəyişməsinə təsir edən əsas amillərdən biri də geosiyasi risklərin səviyyəsidir. Rusiya-Ukrayna müharibəsinin uzanması, həmçinin Yaxın Şərqdə İsrailin təhlükəsizlik məqsədi ilə həyata keçirdiyi əməliyyatlar, İran ətrafında hələ də qeyri-müəyyənliyin davam etməsi neftin təchizat marşrutları üçün risk yaradır. Eləcə də dünyada ən çox neft ehtiyatına sahib Venesuela ilə ABŞ arasında davam edən gərginlik qlobal bazarda balansı pozan amillər sırasında birinci ola bilər. Bu risklər ümumilikdə bazarda gərginlik yaradır və qısa müddətli bahalaşmanı stimullaşdırır.

Digər tərəfdən, Çinin iqtisadi artım tempinin nisbətən zəifləməsi, sənaye istehsalının əvvəlki dinamikanı saxlamaması və daxili istehlakın gözləniləndən yavaş bərpası neftə tələbatı aşağı salan amillərdir. Lakin tələbatla bağlı neqativ siqnallara baxmayaraq, geosiyasi risklərin kəskinləşməsi qiymətlərin artmasını şərtləndirir.

Azərbaycan hökumətinin indiki konyukturada atdığı addımlar ümumilikdə ehtiyatlı və doğru siyasət kimi qiymətləndirilir. Belə ki, hökumət qlobal risklərin artdığı dövrdə gələn ilin dövlət büdcəsini konservativ yanaşma ilə formalaşdırmaq niyyətindədir: 2026-cı ilin büdcə layihəsində neftin qiyməti 5 dollar azaldılaraq 65 dollar səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulub. Ekspertlərə görə, bu, bazarda dəyişkənlik olsa belə, fiskal dayanıqlığı qorumağa hesablanmış addımdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə

13-01-2025, 16:33

Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?

Ölkə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Bu təhsil mərkəzinə direktor təyin edildi
Bu təhsil mərkəzinə direktor təyin edildi
Siyasət
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Bu gün, 16:18
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
Bu gün, 09:51
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
27-07-2026, 14:49
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Miqrasiya prosedurları elektronlaşdırılıb
27-07-2026, 14:41
Miqrasiya prosedurları elektronlaşdırılıb
O da ABŞ-yə yollanacaq
26-07-2026, 15:44
O da ABŞ-yə yollanacaq
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Xəbər Lenti
  • Bu gün, 16:47
    Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub
  • Bu gün, 16:28
    Qarabağın tarixi kəndi yenidən qurulur
  • Bu gün, 16:18
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Bu gün, 15:57
    Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
  • Bu gün, 15:55
    Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
  • Bu gün, 15:43
    İşdən çıxarılan məmura yeni vəzifə verdi
  • Bu gün, 15:39
    “YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb
  • Bu gün, 14:57
    5 milyon baxışı olan mahnını yutubdan sildirdi
  • Bu gün, 12:30
    Bizdə üçəmlər arasında qızlar çoxdur, oğlanlar? - STATİSTİKA
  • Bu gün, 12:06
    Kariyes ölümə səbəb ola bilər
  • Bu gün, 12:00
    Azərbaycanın lider universitetlərinin siyahısı
  • Bu gün, 11:22
    Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI
  • Bu gün, 10:59
    Çilidə hantavirusa görə sanitar həyəcan elan edildi
  • Bu gün, 10:17
    Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
  • Bu gün, 09:55
    Mərdəkanda dənizdə iki nəfər batıb
  • Bu gün, 09:51
    “Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
  • Bu gün, 09:47
    Keçməyən öskürəyin səbəbi nədir?
  • Bu gün, 09:04
    Beyni necə məşq etdirmək olar? - psixoterapevt sadə məsləhətlər verdi
  • Bu gün, 09:00
    Nazirdən həkimlərin sertifikasiyası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA
  • Bu gün, 08:56
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bu gün, 08:55
    Bu gün hava necə olacaq? 
  • Bu gün, 08:49
    Müəllimlərə imtiyazlar verin! - ÇAĞIRIŞ
  • Dünən, 19:18
    Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
  • Dünən, 19:13
    Milli Qvardiyanın ilk komandanı VƏFAT ETDİ
  • Dünən, 18:30
    Bu təhsil mərkəzinə direktor təyin edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə