• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kreml tezisləri dəyişməlidir: Moskva da bilir ki, alınası iş deyil

Dünya

28-08-2025, 14:40
Kreml tezisləri dəyişməlidir: Moskva da bilir ki, alınası iş deyil

Kubra Məhərrəmova yazır...

Bilirəm yenə bu yazının altında "Rusiyada milyonlarla azərbaycanlı yaşayır, heç onları düşünmürsünüz?" və ya "Rusiyada yaşayan həmyerlilərimizi Azərbaycana qovsalar, nə edəcəksiniz?" kimi rəylər yazılacaq.

Kremlin yatağından çıxanların bu kimi "təbliğat arabası"na təkər olması artıq ənənəvi metoddur. Amma Kreml bu tezisləri dəyişsə, yaxşı olar. Çünki bu tezislər çoxdan köhnəlib. Bəlkə də Kremlin "texnoloqları" yəqin düşünürlər ki, "əşi, azərbaycanlılardır da, köhnə havaya da oynayarlar". Birincisi onu mütləq qeyd etməliyik ki, Moskva üçün azərbaycanlılar həmişə "qara millət" olublar. Sosial səviyyəsindən, istedadı, uğuru, vəzifəsi və savadından asılı olmayaraq. "Torqaşı i vsyo".

Rus şovinizminin ən iyrənc simalarından biri də məhz odur ki, Qafqaz xalqları onlarda xüsusi ikrah hissi doğururlar.

Səbəblər müxtəlif ola bilər. Ya bizimkilər daha zəhmətkeş və pulqazanandır, ya da slavyan qadınlarının könlünü daha tez almağı bacarırlar. Uzun sözün qısası, burada həm şəxsi, həm də obyektiv kin var.

Heç kimə sirr deyil ki, Bakı ilə Moskvanın münasibətləri gərgin dövrünü yaşayır. Azərbaycan Hava Yollarının sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasından bu yana Kremlin haqsız hücumları daha da çoxalır.

Bu, özünü ən müxtəlif sahələrdə ifadə edir. Azərbaycanlıların Rusiyada sıxışdırılması, böyük biznesləri olan azərbaycanlılara qarşı təzyiqlərin göstərilməsi, iki nəfərin OMON tərəfindən döyülərək öldürülməsi, Azərbaycanın media resurslarına hücum, Rusiyanın media və internet platformalarında rəsmi Bakıya təhdid şüarlarının səsləndirilməsi və s.

Bizim gördüyümüz təzyiqlərdən savayı bəllidir ki, bizim görmədiyimiz hadisələr də var.

Məsələn bir həftə əvvəl Azərbaycanda internetlə bağlı ciddi problemlər yaşandı. DDoS tipli genişmiqyaslı kiberhücum bəzi əsaslı şübhələr yaratdı. Lakin əlahəzrət sübut olmadığı üçün bu hadisəni də yadda saxlayıb, lövhəyə yazırıq. Çünki gələcəkdə baş verəcək hadisələr üçün pazlın bir hissəsi də məhz budur.

Aydın məsələdir ki, Moskvanın hücumu bununla yekunlaşmayacaq və Kremlin "kreativ şöbəsi" bu istiqamətdə dayanmadan çalışır.

Əslində müəyyən ipuclarını dünən Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədən də sezə bilərik.

Müxbirin "Bəlli hadisələrdən sonra Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuzmu?" sualına Prezident İlham Əliyevin cavabı əsl həqiqəti bir daha ortaya qoydu: "Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm".

Cənab Prezident bir daha rəsmi Bakının gücünü, baş verənlərə və münasibətlərə təmkinli yanaşmasını nümayiş etdirdi. Əslində, Bakı dəfələrlə Moskvaya onunla "kiçik qardaş" kimi davranmasına imkan verilməyəcəyini, münasibətlərin yalnız bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulacağını açıq şəkildə bildirmişdi.

Görünür rus şovinizmi hələ də reallığı qəbul edə bilmir.

Bu hadisələr fonunda biz ənənəvi olaraq səslənən "Kremlin bir neçə qülləsi" var tezisi də artıq işlək deyil. Çünki Kreml bu tezislə sanki "bizim sizə qarşı münasibətimiz yaxşıdır, amma daxili çəkişmələr bəzən münasibətləri başqa istiqamətə aparır" deməsi də inanılası deyil. Kremlin elə bir, mərkəzi qülləsi var. Bütün əmr və tezislər də oradan gəlir, özü də bineyi-qədimdən.

Prezidentin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədən daha bir hissəyə diqqət etmənizi xahiş edirəm:

"Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru - bizim "Qərbi Zəngəzur" adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı".

Bu tarixi həqiqətin bir daha bütün çılpaqlığı ilə səslənməsi bizə Moskvanın ənənəvi münasibətini sübut edir.

Bir neçə məqamı da mən yadınıza salım.

II Dünya Müharibəsində Bakı böyük şücaət göstərsə də, şəhərə "qəhrəman şəhər" adı verilmədi. Halbuki qələbə məhz Bakının nefti və neftçilərinin sayəsində əldə olunmuşdu.

Azərbaycandan cəbhəyə göndərilən 700 minə yaxın əsgərin yarıdan çoxunun, 350 mindən çoxunun həlak olması da ciddi suallar doğurur. Azərbaycanlılar və digər etnik qruplardan olan əsgərlərin müharibənin ən ağır yerlərinə göndərilməsi və çox sayda itki verməsi etnik təmizləmə siyasəti ehtimalını artırır.

Həm müharibədən əvvəl, həm də sonra Sibirə sürgün edilən, QULAQ düşərgələrinə salınan və repressiyaya məruz qalan azərbaycanlıların sayı, nisbət baxımından, ruslardan xeyli çox olub. Moskvanın Azərbaycanı zəiflətmək siyasəti bununla bitməyib. Mədəniyyət və tarixin saxtalaşdırılması, milli kimliyin silinməsi, adət-ənənələrin və bayramların qadağan edilməsi ilə davam etdirilib.

Hamısı da bir mərkəzdən və bir qüllədən gələn əmrlərlə.

Moskvanın bu gün də bu "siyasəti" davam etdirmək istədiyi gün kimi aydındır. Çünki Kremlin rəsmi ruporu Solovyov "Moskva qaşını qaldırsa, Bakını məhv edər" deməsi də təsadüfi deyil, lakin Moskva da bilir ki, bu, alınası iş deyil.

Moskvanın bu gün köhnə kartları oynamaq istəyi də qəribə görünür. Hətta deyərdim, qeyri-peşəkar. Moskva heç düşünmür ki, bəlkə bu dəfə kartları paylayan və masanı quran məhz Bakı ola bilər?!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Siyasət

10-05-2025, 16:20

İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB

Ölkə
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Siyasət
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
Dünən, 09:23
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Dünən, 08:35
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
30-07-2026, 16:48
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
30-07-2026, 15:17
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
30-07-2026, 11:42
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
30-07-2026, 10:17
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
Xəbər Lenti
  • Dünən, 19:11
    Bakıda Metadon Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib
  • Dünən, 18:05
    Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dünən, 17:00
    İyulda Maliyyə Nazirliyi 4 depozit hərracı keçirib
  • Dünən, 16:31
    Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
  • Dünən, 15:44
    Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
  • Dünən, 15:30
    Bu restoranlarda futbol yayımı qadağan edildi
  • Dünən, 13:29
    Allahverdi Yolçuyev: "Bundan sonra kalqotka satacağam"
  • Dünən, 13:00
    Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq
  • Dünən, 11:28
    Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır
  • Dünən, 11:00
    Sosial məzuniyyət kimlərə şamil edilir? - Nazirlikdən AÇIQLAMA
  • Dünən, 10:07
    Mədədəki şişkinlik hissini aradan qaldırın
  • Dünən, 09:30
    Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?
  • Dünən, 09:08
    Təsəvvür etdiyinizdən də faydalıdır
  • Dünən, 09:00
    Kiyev ballistik raketlərlə vurulub, ölən və yaralılar var
  • Dünən, 08:00
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • Dünən, 17:57
    Bu bankın lisenziyası ləğv edildi
  • 31-07-2026, 14:28
    Vəzifədən gedən Namidə İsayeva KİMDİR?
  • 31-07-2026, 14:09
    AzInTelecom 2026-cı ilin ilk yarımilində əldə olunan nəticələri açıqlayıb
  • 31-07-2026, 13:38
    AzTU-da elektron diplomların verilməsinə başlanıldı
  • 31-07-2026, 13:06
    Hovuz suyunun gözlərə zərəri
  • 31-07-2026, 12:32
    AMB sədri inflyasiyaya təsir edən əsas amillərdən danışıb
  • 31-07-2026, 11:06
    Texniki Universitetin rektoru yola salınır
  • 31-07-2026, 11:04
    Uşaqlıqdakı hadisələr yetkinliyə necə təsir edir? - Psixoterapevtdən izah
  • 31-07-2026, 10:50
    Agentlikdə dövlət qulluqçularının andiçmə mərasimi keçirilib
  • 31-07-2026, 10:37
    Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə