Rusiyada göyərtəsində 43 nəfərin olduğu “An-24” sərnişin təyyarəsi Amur vilayətində radarlardan itib.
Liderxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Anqara” aviaşirkətinə məxsus təyyarə ilə Tında şəhərinin hava limanından bir neçə kilometr aralıda əlaqə itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü olub.
“An-24” təyyarəsi havada olarkən heç bir problem siqnalı verməyib. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub.