Sabah İran, Çin və Rusiya tərəfinin iştirakı ilə Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçirəcək.
Liderxeber.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmail Bəqai jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bəqai söyləyib ki, görüş Tehranda baş tutacaq.
O qeyd edib ki, görüşdə digər müzakirə olunacaq məsələ Qərb və ABŞ-nin sanksiyaları olacaq.