ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Liderxeber.az-ın məlumatına görə, o bu barədə "Truth Social" platformasında yazıb.
"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq", - Tramp qeyd edib.