ABŞ-nin yüksəkrütbəli rəsmiləri yaxın vaxtlarda İrana mümkün zərbə endirməyə hazırlıqlar aparırlar.
Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat iyunun 21-22-də keçirilə bilər, lakin tarixlərin dəyişmə ehtimalı da var.
Planlaşdırmada ABŞ-nin əsas federal agentliklərinin rəhbərliyinin iştirak etdiyi bildirilir.