İranın İsrailə ballistik raket zərbələri endirdiyi bəzi yerlər məlum olub.
Liderxeber.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi və İqtisadiyyat Nazirliyinin binalarının vurulduğu iddia edilir. Təl-Əviv maliyyə mərkəzi, Tel-Nof aviabazası, Qəzza sahillərində qaz platforması və Hayfa yaxınlığındakı bir neçə məntəqə də hücuma məruz qalıb.
Bildirilir ki, İsrail hakimiyyəti bu məlumatı hələ təsdiqləməyib.
***
İsrail və Livan mediası bildirir ki, hücumların yeni dalğası zamanı İranın ballistik raketi Təl-Əvivdəki nüvə tədqiqat mərkəzinə düşüb. İlkin məlumatlara görə, İsrailin Ben Qurion hava limanı da vurulub.