• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

"Xərçəng bombası"nın üstündə yaşayanlar: Ev tikəndə nələri araşdırmaq lazımdır?

Dünya

21-04-2025, 16:30
"Xərçəng bombası"nın üstündə yaşayanlar: Ev tikəndə nələri araşdırmaq lazımdır?

Son günlərdə bəzi sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda bildirilir ki, Azərbaycanda xərçəngin geniş yayılmasının ən böyük səbəblərindən biri kürsülü evlər, izolyasiyasız zirzəmilərdən istifadə olunması, yaşayış mərtəbəsi ilə torpaq qatı arasında radon qazının qarşısını alan təbəqənin olmamasıdır.

Maraqlıdır, bəs görəsən, radon qazını yaradan amillər nədir? Deyildiyi qədər sağlamlıq üçün təhlükəlidirmi?

Liderxeber.az xəbər verir ki, məsələ ilə bağlı sualları cavablandıran Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov qeyd edib ki, radon heç bir iyə, dada, rəngə malik olmayan radioaktiv qazdır:

"Yerdə təbii olaraq əmələ gələn bu radioaktiv qaz, demək olar ki, hər yerdə mövcuddur. Kiçik konsentrasiyalarda radon qazı ətraf mühitə heç bir problem yaratmır. Amma qatılığı yol verilən həddi keçdikdə, insanın nəfəs və qida orqanlarına düşdükdə sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilir. Təbiətdə radonun (Mendeleyev cədvəlində işarəsi Ra - red.) daha çox iki izotopuna rast gəlinir: radon-222 və radon-220.

Radon-222 uran-238 seriyasına aid olan Ra-226-nın parçalanma məhsuludur, radon-220 isə torium-232 (Th-232) seriyasına aid olan Ra-224-ün parçalanma məhsuludur. Ra-222-nin yarımparçalanma dövrü nisbətən böyük olduğundan (3.8 gün) daha təhlükəli hesab olunur və adətən, onun konsentrasiyasının nəzarətdə saxlanmasına ehtiyac yaranır".

F.Hümbətov bildirib ki, radon qazı suda asanlıqla həll olduğuna görə onu bəzi su mənbələrində də müşahidə etmək olur:

"Radon qazı üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Birləşmir Ştatları (ABŞ) Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən su və havada standartlar müəyyən edilib. İçməli suda bu hədlər uyğun olaraq 100 Bekkerel/litr (Bk/l) və 11Bk/l, iş yerləri havası üçün 200 Bk/m3 yaşayış yerləri havası üçün isə 100 Bk/m3 müəyyən olunub.

Radonun konsentrasiyası yolverilən həddi keçən su mənbələrindən uzunmüddətli istifadə etdikdə və yüksək radon konsentrasiyasına malik hava ilə nəfəs aldıqda ağciyər və mədə xərçənginin yaranması riski artır".

Memar Muxtar Ərturan vurğulayıb ki, inşaat və tikinti sahəsində radon qazı və digər kimyəvi maddələrin torpaq və torpaq qatlarında hansı formalarda fəsadlar törətməsi barədə ekspertizalar aparılmalıdır, lakin Azərbaycanda bu tip ekspertizaların aparılması ilə bağlı yanaşma yoxdur:

"Bir bina inşa ediləndə onun topoqrafiya və geologiya araşdırmaları aparılmır. Çox nadir, təxminən, 5% hallarda bir sıra geoloji araşdırmalar aparılır. Bu da əsasən, çoxmərtəbəli binalar inşa edilərkən baş verir, məsələn, üçmərtəbəli fərdi yaşayış evinin inşası zamanı geoloji araşdırmaların aparıldığının şahidi olmuruq. Belə araşdırmanın aparılmasında heç kim maraqlı deyil. Vətəndaşlar torpaq alanda onun münbitliyinə baxırlar, amma topoqrafiyasına, torpağın qrunt sahəsinə, kimyəvi maddələrini müəyyən edəcək araşdırmalara məhəl qoymurlar. Bizdə də bunları araşdıracaq hər hansı ekspertiza mərkəzi, yoxlanış predmeti, nəzarət mexanizmi yoxdur".

Memarın sözlərinə görə, rütubətin yüksək olduğu bölgələrdə insanların müxtəlif bronxial xəstəliklər tapma riski daha çoxdur:

"Abşeron yarımadası, eləcə də Xəzər dənizi sahilindəki şəhər və kəndlərdə, Lənkəran, Sabirabad, Saatlı, Salyan kimi regionlarda rütubətlilik digər bölgələrə nisbətən daha yüksəkdir. Xüsusilə Lənkəran istiqamətində rütubət həddən artıq çoxdur.

Xəzəryanı zonalarda mənzil tikərkən bəzən torpaqdan duzlu suların çıxdığını müşahidə edirik. Bu suyun tərkibində həm qrunt suyu, həm də dəniz suyu olur. Mənzilləri tikərkən izolyasiya qatına fikir verilmir, kürsülü evlər inşa edilir. Topoqrafik layihələr hazırlanmır, hündürlüklər təyin olunmur. Yağış yağanda görürük ki, evləri su basıb. Çünki burada hesablanmamış iş görülüb. Torpaq üzərində necə gəldi ev tikilib. Heç bir izolyasiya, membran qatı, termonizamlama məsələlərinə fikir verilmir. Mənzillərdə rütubət artır, bu da kif göbələyinin əmələ gəlməsinə səbəb olur. Biz bunu həm zirzəmi qatında, həm də birinci mərtəbələrdə müşahidə edirik. Kif göbələkləri infeksion xəstəliklər yaradır. Nəticədə insan orqanizmində astma kimi ağır bronxial xəstəliklər baş qaldırılır.

Avropada kifli mənzillərdə yaşlı insanları yaşamağa qoymurlar, onları ərazidən təxliyə edirlər. Həmin mənzillərdə antibioloji, antibakterioloji vasitələrdən istifadə edilərək kifdən təmizləmə işləri görülür. Bizdə isə belə mənzillərdə uşaq da, böyük də, yaşlı da yaşayır. Nəticə etibarilə xəstəliklər əmələ gəlir".

Onkoloq Afət Cəbrayılova məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, xərçəng yaradan amillər sırasında radon qazının olma payı çox aşağıdır:

"Radon qazı stabil maddə olmadığı üçün parçalanaraq radioaktiv elementə - radiuma çevrilir. Nisbətən xərçəng yaradan təsir demək mümkün olsa da, ümumilikdə zərərverici digər amillər sırasında olma payı çox aşağıdır. Siqaret çəkmə, qidalanma, həyat tərzi, piylənmə, hormonal amillər və s. bunların sırasında ilk sıralarda deyil. Çünki hər gün radon qazına məruz qalmırıq.

Fizioterapevtik kabinetlərdə çalışanlar, istehsalatda işləyənlər və s. bu qazdan istifadə edənlər davamlı, dəfələrlə, uzun müddət ona məruz qaldıqda xərçəng xəstəliyi yarana bilər. Kimyəvi zavodlarda, tikinti istehsalatında, silikatlar istehsal olunan yerlərdə işləyənlərdə ağciyər, dəri xərçəngi yarana bilər. Laboratoriyalarda hava-nəfəs yolu ilə keçən maddələrlə daha çox işləyənlərdə də xərçəngin yaranma riski yüksək olur. Çünki kimyəvi preparatlarla işləyənlər formalin ilə çox kontaktda olurlar, bu məhlul da stabil olmadığına görə uçduqda formaldehidə çevrilir ki, o da kanserogen maddədir".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

30-01-2025, 13:53

Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"

Ölkə

25-01-2024, 12:10

Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Bu gün, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Bu gün, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Bu gün, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Bu gün, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Bu gün, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Bu gün, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə