• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Badam südü bazarı: Qlobal tendensiyalar və yerli imkanlar - Araşdırma

Cəmiyyət

17-01-2025, 12:23
Badam südü bazarı: Qlobal tendensiyalar və yerli imkanlar - Araşdırma

Son illərdə bitki mənşəli süd alternativləri, xüsusilə də badam südü, dünya miqyasında populyarlıq qazanıb.

Qlobal tendensiyalar göstərir ki, istehlakçılar sağlamlıq və ekoloji baxımdan daha üstün hesab olunan bu məhsullara üstünlük verirlər. Badam südü həm qida sənayesində, həm də kosmetikadan tutmuş pəhriz məhsullarına qədər geniş istifadə olunur. Dünyada bu sektorun inkişafı qida istehsalında dayanıqlılıq, heyvanların rifahı və laktoza dözümsüzlüyü kimi mühüm mövzularla əlaqələndirilir.

Azərbaycan isə badam südü istehsalı üçün əlverişli potensiala malikdir. Ölkənin iqlim şəraiti yüksək keyfiyyətli badam istehsalı üçün idealdır və yerli badam bağlarının artımı bu sahədə perspektivlər yaradır. Bununla yanaşı, Abşeron yarımadası və Bakıətrafı ərazilər xammal mənbələrinə yaxınlıq və inkişaf etmiş logistika infrastrukturuna görə istehsalat üçün ən münasib bölgələr hesab olunur.

Müasir dünya təcrübəsi göstərir ki, badam südü istehsalı yüksək əlavə dəyər yaradan, həm daxili bazar tələbatını ödəyən, həm də ixrac perspektivləri olan bir sahədir. Azərbaycanın bu sahədə təşəbbüslər göstərməsi, yerli xammaldan istifadə etməklə badam südü istehsalı müəssisəsi qurması ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Bu sahənin inkişafı, həmçinin qlobal bazarda Azərbaycanın yeni bir ixrac məhsulu ilə rəqabətə qoşulmasına şərait yarada bilər. Badam südünün beynəlxalq təcrübəsindən ilham alaraq Azərbaycanda bu sahənin perspektivlərinə nəzər salaq.

Badam südü, badam, su və müxtəlif maddələrin qarışığından hazırlanan, qida dəyəri yüksək olan bitki mənşəli məhsuldur. Vitamin D və E, kalsium və fosforla zəngin olan badam südü əzələ və sümükləri gücləndirir, ürək sağlamlığını dəstəkləyir, qan şəkərini tənzimləyir və çəkinin qorunmasına kömək edir. Bu məhsul qida və içki sənayesində geniş tətbiq tapır və eyni zamanda kosmetika, ətriyyat və pəhriz məhsulları üçün də əhəmiyyətlidir. Qəhvə, şorbalar, çay, salat sousları və bişmiş məhsullarda süd əvəzedicisi kimi geniş istifadə olunur.

Araşdırmalar göstərir ki, badam südü istehsalı Azərbaycanda iqtisadi baxımdan rəqabət üstünlüyünə malik bir sahə ola bilər. Ekspertlərin fikrincə, ölkədə belə bir müəssisənin qurulması həm daxili tələbatı ödəyə bilər, həm də qısa müddətdə mənfəət gətirə bilər. Azərbaycanın iqlim şəraiti, münbit torpaqları və kənd təsərrüfatı ənənələri bu məhsulun istehsalı üçün əlverişli şərait yaradır.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu sahənin maliyyə və texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Sahibkarlar, badam südü istehsalına dair bütün detallar və xərclər nəzərə alınan bu layihə ilə tanış olaraq investisiya imkanlarını dəyərləndirə bilərlər.

Layihənin texniki-iqtisadi əsaslandırılmasına əsasən, Abşeron yarımadasında yaradılacaq müəssisənin illik istehsal gücü (5-ci ilində) 518 tona çata bilər. Bu badam südü istehsalı müəssisəsi üçün təxminən 1 milyon 555 min manat investisiya tələb olunacaq. Bu fabrikin fəaliyyəti nəticəsində investisiyanın geri ödəmə müddə 1,3 il təşkil edir. Qoyulmuş investisiyanın qaytarılmasının 118,4 %, daxili gəlirliliyin isə 88 % təşkil edəcəyi gözlənilir.

Aparılan araşdırmalar göstərir ki, həm daxili, həm də yaxın ixrac bazarlarında badam südünə olan tələbat artmaqdadır. Qlobal bazar araşdırmaları göstərir ki, süd alternativlərinə olan maraq yaxın illərdə daha da yüksələcək. “Mordor Intelligence” araşdırmalarına görə, qlobal süd alternativləri bazarının 2029-cu ilə qədər 2,89 milyard ABŞ dollarına çatacağı və 2024-2029-cu illərdə illik orta artım tempinin 14,73 % olacağı gözlənilir.

Azərbaycanda badam istehsalı üçün potensial kifayət qədər böyükdür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə badam bağlarının ümumi sahəsi 3,7 min hektar təşkil edib. Bu bağların 48,9 %-i ənənəvi, 46,1 %-i intensiv, 4,9 %-i isə superintensiv bağlardır. Əsas badam istehsal edən bölgələr sırasında Abşeron, Qax, Naxçıvan, Şəki-Zaqatala və digər iqtisadi rayonlar yer alır. 2023-cü ildə ölkədə 4 240 ton badam istehsal olunub ki, bunun 1 890 tonu Şəki-Zaqatala, 1 350 tonu isə Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.

Badam idxal və ixracına dair statistikalar isə bu sahənin inkişafı üçün əlavə imkanların olduğunu göstərir. 2023-cü ildə Azərbaycana qabıqlı badam idxalı 2022-ci ilə nisbətən 2,3 dəfə azalaraq 6,6 ton, qabığı təmizlənmiş badam idxalı isə 2,1 % azalaraq 710,5 ton təşkil edib. Eyni zamanda, həmin il Azərbaycandan 729 ton qabıqlı və 115,6 ton qabığı təmizlənmiş badam ixrac olunub.

Bütün bu məlumatlar göstərir ki, Azərbaycanın yüksək keyfiyyətli badam istehsalına malik olmasına baxmayaraq, hələ ki badam südü istehsalı üzrə fəaliyyət göstərən bir müəssisə mövcud deyil. Bu sahədə ilk fəaliyyətə başlayan müəssisə, bazarda lider mövqeyinə sahib olmaqla yanaşı, həm daxili tələbatı ödəyə, həm də ixrac bazarlarına yol aça bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Media

11-10-2023, 11:30

Xəstəliklərə çarə, uşaqlar üçün unikal fayda - KEÇİ SÜDÜ HAQQINDA

Cəmiyyət

29-08-2024, 13:14

Ağartı məhsulu yeyə bilməyənlərin nəzərinə

Cəmiyyət

10-10-2024, 18:06

Ağartı məhsulu yeyə bilməyənlər bunu oxusun

Ölkə

22-11-2024, 18:06

Trendyol COP29-da

Ölkə
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
“Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
“Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
Siyasət
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Bu gün, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Dünən, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
Xəbər Lenti
  • Bu gün, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Bu gün, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Bu gün, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Bu gün, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Bu gün, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Bu gün, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Bu gün, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Bu gün, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Bu gün, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Bu gün, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Bu gün, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə