• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası

Cəmiyyət

23-06-2024, 12:42
Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası

"Əməkdaşımız xaricdən gələn qonaqlarla Quba-Qusar bölgəsindəki iaşə obyektlərinin birinə yaxınlaşıb. Menyu üzərindən yemək sifariş verib və gözləyiblər. 40-50 dəqiqədən sonra ofisiant qayıdaraq yüksək tonla "bu yemək bizdə yoxdur, hazırlaya da bilmərik", - deyib. Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının (ATBA) layihə meneceri Fərhad Əkbərlinin nəql etdiyi hadisə respublikamızın bütün turizm bölgələrindəki iaşə obyektləri üçün xarakterikdir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"Burada yemək verilmir…"

Kənd turizmi əyləncəsi şəhər sakininin adi tətilinə bənzəmir. Bəzən insanlar mobil şəbəkənin olmadığı, yaşıllığın bol olduğu, sakitliyin hökm sürdüyü yerdə istirahət etmək istəyirlər. Yayın gəlişi belə səfərlər üçün ən yaxşı fürsətdir. Həftə sonları paytaxtdan tətil və ya məzuniyyət günləri regionlara yol alan maşın karvanları da buna misaldır. Yol boyu hərəkət edən sürücülərə və ya qonaqlara isə arabir dayanmaq, istirahət etmək, bir tikə çörək yemək və ya çay-su içmək lazım gəlir. Təbii ki, yol kənarındakı hər hansı kafe və restoranın əsas vəzifəsi ilk növbədə potensial auditoriyasına – gələn turistlərə diqqət yetirmək olmalıdır. Xidmət dedikdə isə təkcə yemək və ya çay təqdim etməyi deyil, ünsiyyət bacarığının, etiket qaydalarının, köhnə ənənələrin və ən müasir yeniliklərin, eləcə də incə psixoloji texnikanın birləşməsi nəzərdə tutulur. Bəzən yaxşı interyer və ləzzətli yeməklər bu cür işçilərin zəif və naşı fəaliyyətini kompensasiya edə bilmir. Ekspertlərin ümumi fikrinə görə, inkişaf üçün digər tələblərə - məsələn, xidmətin rahatlığı, sürücülərin ehtiyaclarını nəzərə almaq, xoş mühit, dadlı yemək, sərfəli qiymətin olması, ofisiantların xidmət səviyyəsinin yüksəldilməsi, sanitar qovşağının təmizliyi kimi məqamlara diqqət yetirmək lazım gəlir.

Təəssüf ki, bizdə bu istiqamətdə real vəziyyət o qədər də ürəkaçan deyil. Bəzi istisnalarla yol kənarındakı iaşə obyektləri "özfəaliyyət" təsiri bağışlayır.

"Yolkənarı iaşə obyektlərində xidmət səviyyəsinin aşağı olmasının səbəbi nədir?", - deyə soruşduğumuz turizmçilərin fikirləri də mənzərəni daha aydın təsəvvür etməyə imkan yaradır.

Pul xərcləmək istəmirlər

ATBA-nın layihə meneceri Fərhad Əkbərli də təsdiqləyib ki, bu kimi problemlərə tez-tez rast gəlinir:

"Xidmət səviyyəsi ilə bağlı şikayətlər çoxdur. Turistlərlə birgə bölgələrə səfər edən bələdçilərimiz vəziyyətlə bağlı bizi məlumatlandırırlar. Problemin başlıca səbəbi restoran sahiblərinin işə peşəkarları deyil, tanışlarını cəlb etmələridir. Kənardan hansısa bir təlimçi də cəlb etmirlər ki, onlara təlim keçsin. Bunun üçün pul xərcləmək istəmirlər. Bu cür obyektlərdə çalışan ofisiantların əksəriyyətinin elementar xarici dil bilgiləri də yoxdur. Hətta bu problemlərə bizim beşulduzlu hotellərdə də rast gəlinir. Bələdçilər ən çox ofisiantların normal davranışının, ünsiyyətinin olmamasından şikayətlənirlər. Bəzən milli mətbəxə məxsus yeməklərin təqdim olunmaması ilə rastlaşırsan. Məsələn, bir həftə əvvəl Macarıstandan gələn qonaq üçün bələdçi "səbzi plov" bişirilməsini istəyib. "Noxudlu plov var", - deyə cavab verilib. Qonaq da "o plovu Özbəkistanda yemişəm", - deyib".

F.Əkbərlinin sözlərinə görə, problemlərlə bağlı mərkəzi strukturlara şikayətlərini bildiriblər:

"Peşə Təhsili Agentliyi ilə görüşlərimizdə deyirik ki, tur agenti, kulinariyaçı, ofisiant yetişdirin".

"Yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir"

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov bildirib ki, turist qrupları ilə səfərə çıxdıqda hansı məkanda dayanıb yemək yeyilməsi əvvəlcədən planlaşdırılır:

"Elə obyektlərdə yemək yeyilir ki, onlarla qabaqcadan razılaşma olur. Həmin obyektin rəhbərliyi bizim şirkətləri tanıyır. Obyektə çatmamışdan yarım saat qabaq zəng edib turda iştirak edənlərin sayını deyir və xahiş edirik ki, münasib yemək olsun. Həmçinin, stolu hazırlasınlar ki, ofisiantların işini gözləməyək. Menyu əvvəldən danışılır və qiymətlər təqribi razılaşdırılır".

QHT rəhbərinin sözlərinə görə, yol kənarındakı iaşə obyektləri özəl olduğu üçün onların işinə müdaxilə edə bilmirlər:

"Təbii ki, yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir. Qida Təhlükəsizliyi Agentliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi onların işinə nəzarət etməlidir".

Sanitar qovşaqlarının vahid standartı olmalıdır

Yol kənarında yerləşən iaşə obyektlərində sanitar qovşaqlar problemi də aktualdır. ATBA-nın üzvü, bələdçi Kamil Ağayev "bu, bizim yaralı yerimizdir", - deyib. Onun sözlərinə görə, yol kənarlarındakı iaşə obyektlərinin sanitar qovşaqlarının təmizliyi əsas problemdir:

"Yola çıxarkən dayanacağımız yol kənarındakı iaşə obyektinin sanitar qovşağının vəziyyəti haqqında düşünürük ki, turistlərin yanında biabır olmayaq".

Bələdçi hesab edir ki, ölkə üzrə iaşə obyektlərinin sanitar qovşaqlarının vahid standartı hazırlanmalıdır:

"Obyekt magistral yolun üstündədirsə, orada daim xadimə olmalıdır. Xidmət pullu olmalıdır ki, sanitar qovşaqlar təmiz olsun".

"Hamısını birdən düzəltmək mümkün deyil"

ATBA-nın üzvü Asya Şirəliyeva bildirib ki, turizm şirkətlərinin təmsilçiləri qruplar gəlməmiş bölgələrə reydə çıxırlar:

"Restoranları yoxlayır və gələn qonaqları yalnız yoxladığımız restoranlara aparırıq. Qrupları təsadüfi seçdiyimiz restoranlara aparsaq, xoşagəlməyən vəziyyətlə qarşılaşarıq". Turizmçinin fikrincə, bu problemi birdən-birə həll etmək mümkün deyil: "Yol kənarlarında restoran və kafelər çoxdur. Onların hamısını birdən düzəltmək mümkün deyil. Servis məsələsi pisdir. Bəzən gözləyirsən, gəlib yaxınlaşmırlar. Bəzən də yaxınlaşırlar, amma xidmət müddəti uzun olur. Turist qrupları proqram əsasında işləyir. Nahara bir saat vaxt ayrılır. Amma vaxtında olmayan xidmət üzündən belə məkanlardan iki saata çıxmaq olmur".

Dövlət Turizm Agentliyindən qeyd edilib ki, COP29-a hazırlıqlar çərçivəsində hotellər və digər yerləşmə vasitələrində veqan və vegetarian olmaqla, xüsusi menyuların hazırlanması və mətbəx idarəedilməsi ilə bağlı təlimlərin keçilməsi planlaşdırılır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

25-05-2024, 18:52

Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

26-05-2024, 09:00

Şəkər dərmanları niyə yoxa çıxıb? - Poliklinikadan verilən cavab: "Daha olmayacaq"

Ölkə
Astaradakı kütləvi zəhərlənmənin səbəbi bu imiş
Astaradakı kütləvi zəhərlənmənin səbəbi bu imiş
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
“KamAZ”ın maşının üstünə aşdığı an - Foto
“KamAZ”ın maşının üstünə aşdığı an - Foto
Bakıda “KamAZ” avtomobilin üzərinə aşdı - Ölənlər var-Yenilənib
Bakıda “KamAZ” avtomobilin üzərinə aşdı - Ölənlər var-Yenilənib
Siyasət
Rəsmi Bakı: "Rusiya XİN-in AZAL-la bağlı açıqlaması ictimaiyyəti çaşdırır"
Dünən, 13:23
Rəsmi Bakı: "Rusiya XİN-in AZAL-la bağlı açıqlaması ictimaiyyəti çaşdırır"
Naxçıvanda bədbəxt hadisə baş verib.
Dünən, 12:10
Naxçıvanda bədbəxt hadisə baş verib.
KİV: "ABŞ rəsmiləri Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana gedəcəklər"
4-09-2025, 10:14
KİV: "ABŞ rəsmiləri Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana gedəcəklər"
Rusiya XİN-dən Minsk qrupunun bağlanmasına - Münasibət
4-09-2025, 09:05
Rusiya XİN-dən Minsk qrupunun bağlanmasına - Münasibət
Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək
3-09-2025, 15:43
Azərbaycan Bəhreyndə səfirlik təsis edəcək
Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi
3-09-2025, 10:00
Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi
Xəbər Lenti
  • Bu gün, 13:22
    Astaradakı kütləvi zəhərlənmənin səbəbi bu imiş
  • Bu gün, 12:28
    Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
  • Bu gün, 11:29
    “KamAZ”ın maşının üstünə aşdığı an - Foto
  • Bu gün, 10:48
    Bakıda “KamAZ” avtomobilin üzərinə aşdı - Ölənlər var-Yenilənib
  • Bu gün, 10:26
    Bakı icazə verdi - Paşinyanın təyyarəsi Azərbaycandan keçdi
  • Bu gün, 10:00
    CAR "Formula-1" Qran-prisinə ev sahibliyi edə bilər
  • Bu gün, 09:27
    “Ukrayna münaqişəsinin həlli çətin olacaq”
  • Bu gün, 09:05
    Futbolumuzun utanc gecəsi... - Video
  • Bu gün, 09:00
    İtaliya və Fransadan qələbə
  • Dünən, 17:39
    Süleyman Mikayılov növbəti qəbul keçirdi - Fotolar
  • Dünən, 17:05
    Ağstafada yüksək bal toplayan tələbələrlə görüş - Fotolar
  • Dünən, 16:12
    Xoşbəxt olmaq istəyənlər bu yazını oxusun
  • Dünən, 15:48
    Avropa çempionatının qrup mərhələsinə yekun vuruldu
  • Dünən, 15:15
    Azərbaycanda bəzi avtobuslar idxal gömrük rüsumundan azad edildi
  • Dünən, 15:05
    “Yoldakı bu qazıntıya görə 40 dəqiqə tıxacda qalmışıq” - Fotolar
  • Dünən, 15:00
    Bakalavriat səviyyəsinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi başlayır
  • Dünən, 14:25
    XİN-dən Zaxarovaya - Cavab
  • Dünən, 13:23
    Rəsmi Bakı: "Rusiya XİN-in AZAL-la bağlı açıqlaması ictimaiyyəti çaşdırır"
  • Dünən, 12:44
    Tibb Universitetinə yeni prorektor təyin olundu - Foto
  • Dünən, 12:10
    Naxçıvanda bədbəxt hadisə baş verib.
  • Dünən, 11:24
    Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində həlak olanların ADLARI məlum oldu
  • Dünən, 11:17
    Alyaskada ABŞ-Tayvan gizli danışıqlar baş tutub
  • Dünən, 11:00
    59 yaşlı Tayson yenidən rinqə çıxacaq - Foto
  • Dünən, 10:59
    Bakıda balıq yarmarkası keçiriləcək
  • Dünən, 10:55
    “İçərişəhər” Qoruğu İT sistemlərini qismən “Hökumət buludu”na köçürdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə