• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Abituriyentlərin nəzərinə!

Cəmiyyət

22-05-2025, 15:04
Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286  nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə

1-02-2024, 15:37

Buraxılış imtahanlarının keçirilmə qrafiki müəyyən olunub - CƏDVƏL

Ölkə

4-07-2024, 10:28

II və III ixtisas qrupları üzrə qəbul imtahanı bu tarixdə keçiriləcək

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə