• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“3 milyondan çox vətəndaşın banklara kredit borcu var”

Cəmiyyət

1-05-2025, 13:35
“3 milyondan çox vətəndaşın banklara kredit borcu var”

“Mülki Prosessual Məcəllənin 231-ci maddəsində borclu anlayışı dəqiqləşdirilir. Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər”. 

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir: “2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır.

Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir”.  

V.Bayramov əlavə edib ki, oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə də müşahidə olunur: “Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz  və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir.Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib.

Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmilərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyəolunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim.

Bütövlükdə, problemli kreditlərinin həcminin artdığını nəzərə alaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

Ölkə

13-06-2023, 11:31

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

15-10-2024, 17:46

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Ölkə
Sabah 23° isti olacaq
Sabah 23° isti olacaq
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
Siyasət
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Bu gün, 13:25
    Sabah 23° isti olacaq
  • Bu gün, 12:34
    Ermənistanda yeni Konstitusiya layihəsi bu ay dərc ediləcək
  • Bu gün, 12:17
    Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
  • Bu gün, 11:23
    Bu istiqamətdə əlavə qatar reysləri olacaq
  • Bu gün, 10:51
    Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib
  • Bu gün, 10:30
    Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
  • Bu gün, 10:00
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 09:48
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 09:10
    Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
  • Bu gün, 08:50
    Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • 31-10-2026, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • 31-10-2026, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • 31-10-2026, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • 31-10-2026, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • 31-10-2026, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • 31-10-2026, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 30-10-2026, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • 30-10-2026, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • 30-10-2026, 16:42
    Yenidən sədr və müavin oldular
  • 30-10-2026, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • 30-10-2026, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə