Zərdabda toya normadan artıq qonaq çağıran şəxs məsuliyyətə cəlb olunub

CƏMİYYƏT

04 Dekabr 2021 | 12:09

2152 dəfə oxunub

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qoruqbağı kəndində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibi N.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023