Zaqatalada məsciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib

HADİSƏ

03 Fevral 2023 | 17:30

162 dəfə oxunub

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

REYD-in Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

 

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023