Zaqatalada 53 yaşlı kişi Katex çayında boğulub

HADİSƏ

23 Sentyabr 2021 | 10:42

2588 dəfə oxunub

Zaqatala sakini Katex çayında boğulub.

REYD-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib. 1968-ci il təvəllüdlü Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib. Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Balakən və Zaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023