Yevlaxda arvadını qətlə yetirən şəxsin istintaqı başa çatıb

HADİSƏ

24 May 2022 | 11:46

4732 dəfə oxunub

Yevlaxda arvadını qətlə yetirib, qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb.

Yevlax rayon Prokurorluğundan  verilən xəbərə görə, bu il fevralın 9-da Yevlax rayonu, Hacıselli kənd sakinləri - 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023