Yevlax sakinindən 2 kq-dan artıq marixuana götürülüb

HADİSƏ

25 Sentyabr 2023 | 10:22

277 dəfə oxunub

Bərdə Rayon Polis Ṣöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan REYD-ə verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023