Yəməndə husilərin yüksək rütbəli zabitləri zərərsizləşdirilib

DÜNYA

19 Oktyabr 2021 | 08:42

2385 dəfə oxunub

Yəmən ordusu Maarib əyalətində "Ənsarullah" hərəkatının (husilər-red) iki yüksək vəzifəli komandirinin zərərsizləşdirildiyini bildirib.

REYD “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun mətbuat mərkəzinin rəhbəri Salih əl-Kutaybi tviterdəki hesabında yazıb.

"Husi ordusunun baş qərargahının rəis müavini Əbu Salih əl-Maddani Maaribdə döyüş meydanında ətrafı ilə birlikdə öldürülüb", - Yəmən ordusunun mətbuat mərkəzinin başçısı bildirib.

Əl-Kutaybi həmçinin qeyd edib ki, Maaribdə əl-Maddani ilə yanaşı, husilərin ehtiyat qüvvələrinin komandanı, hərbi obyektlərin mühafizəsinə cavabdeh olan Məhəmmədi əl-Bannus da öldürülüb.

Yəmən ordusunun nümayəndəsi əməliyyatın detallarını açıqlamayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023