Yardımlıda qohumlardan 21 kq narkotik götürülüb

CƏMİYYƏT

18 Mart 2023 | 10:06

980 dəfə oxunub

Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik vasitə aşkarlanıb.

REYD-in cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.

Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023