Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var

Gündəm

17 Yanvar 2022 | 17:44

759 dəfə oxunub

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-sı saat 13:00 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.



SON XƏBƏRLƏR

24 May 2022
23 May 2022
21 May 2022
20 May 2022
19 May 2022