Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışına görə etiraz edib

DÜNYA

06 Oktyabr 2022 | 09:00

1731 dəfə oxunub

Yaponiya hökuməti cümə axşamı Yapon dənizinə iki ballistik raket atmasına görə KXDR-ə etiraz edib.

REYD xəbər verir ki, bu barədə müdafiə naziri Yasukazu Hamada Tokioda jurnalistlərə bildirib.“Biz Pekində diplomatik kanallar vasitəsilə kəskin etirazımızı bildirdik. Bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, - deyə o bildirib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 24-cü raket sınağıdır.

Bundan əvvəl oktyabrın 4-də Pxenyanın buraxdığı raket Yaponiya üzərindən keçmişdi.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023