Yaponiya qiymət artımı ilə mübarizəyə 15 milyard dollar yönəldəcək

DÜNYA

22 Mart 2023 | 11:26

402 dəfə oxunub

Yaponiya hökuməti ölkədə qiymət artımı ilə mübarizə tədbirlərinə 2 trilyon yen (15,2 milyard ABŞ dolları) ayrılması haqqında qərar qəbul edib.

REYD xarici mətbuata istinadən xəbər verir ki, vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.

Həmin pulla aşağı gəlirli ailələrə birdəfəlik müavinət şəklində 30 min yen (227 ABŞ dolları), uşaqlı ailələrə isə hər uşaq üçün 50 min yen (380 ABŞ dolları) ödəniş ediləcək. Bununla yanaşı, hökumət may ayından elektik enerjisi və mayeləşdirilmiş təbii qaz qiymətlərinin artımını qismən kompensasiya edəcək, böyük həcmdə elektrik enerjisi istifadə edən müəssisələrə yardım göstərəcək.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023