Yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirələr keçirilib

Gündəm

17 May 2022 | 15:51

3542 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin Muğan və Cənub Regional mərkəzlərində, Salyan, Neftçala, Ağcabədi, Qax və Balakən Rayon İcra hakimiyyətlərində, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Ağdam rayon Mədəniyyət Mərkəzində və Şamaxı şəhər Mədəniyyət evində "Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional seminar-müşavirələr keçirib.

FHN-dən REYD-ə verilən xəbərə görə, tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, meşə mühafizəsi və bərpası müəssisələrinin, Polis şöbələrinin, “Aqroservis” ASC-lərin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayon ərazisində açıq sahələrdə mövcud olan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023