Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi zərərsizləşdirib

HADİSƏ

03 Dekabr 2021 | 15:17

2905 dəfə oxunub

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

“Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır”, - MN-in məlumatında qeyd olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023