Xəzərin Dağıstan sahilində ölü tapılan suitilər quş qripinə yoluxubmuş

DÜNYA

24 Yanvar 2023 | 16:40

779 dəfə oxunub

Dağıstanın Xəzər sahillərində ölən suitilərdə quş qripi aşkarlanıb.

REYD-in Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib.

"Dekabr ayında Xəzərin sahildə aşkar olunan suitilərdən götürülmüş nümunələr üzərində aparılan tədqiqatların ilkin nəticələrinə görə onlarda quş qripi aşkar edilib. A tipli qrip virusu üçün praymerlərlə PCR-dən istifadə edilən tədqiqatlar müsbət nəticə verib. Hal-hazırda araşdırmalar davam edir. Amma əminliklə deyə bilərik ki, quş qripi virusu aşkar edilib”, - deyə mütəxəssis vurğulayıb.

Hacıyevin sözlərinə görə, hazırda suitilərdən aşkar edilən quş qripi virusunun ştamının növü müəyyənləşdirilir.

 



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023