WSJ: "Facebook" məzmununun 40%-ni plagiat təşkil edir

Multİmedia

10 Noyabr 2021 | 11:17

3837 dəfə oxunub

2018-ci ildə "Facebook" trafikinin təxminən 40%-i başqasının məzmununu icazəsiz yayan səhifələrin payına düşüb.

Apa-Economics-in məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) "Facebook"un keçmiş baş analitiki Ceff Allenin daxili hesabatına istinadən yazır.

Nəşr qeyd edir ki, digər mənbələrdən götürülmüş məzmun sosial şəbəkədə ən populyar olaraq qalmaqdadır. Bunu "Facebook"un artıq 2021-ci ildə dərc etdiyi məlumatlar da sübut edir.

"Facebook" tədqiqatçıları daxili müzakirələrdə təqib riskinə məruz qalmamaq üçün şirkətin müəllif hüquqlarının pozulması ilə mübarizə üçün addımlar atmadığını bildiriblər.

Onlar həmçinin qeyd ediblər ki, oxşar taktikalardan saxta məlumatlar yayan Amerika və xarici qruplar da istifadə ediblər. Bu, media da daxil olmaqla, qanuni məzmunu dərc edən tərəflər üçün problemlər yaradıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023