Vətəndaşların etirazına səbəb olan maska taxmayan tibb işçisi cərimələnib - VİDEO

CƏMİYYƏT

01 Sentyabr 2021 | 13:30

2502 dəfə oxunub

Sosial şəbəkələrdə Sumqayıtda poliklinikaların birində vətəndaşlara xidmət edən tibb işçisinin maska taxmadığını əks etdirən video paylaşılıb.

REYD xəbər verir ki, bu zaman növbədə dayanan şəxslər tibb işçisinə maska taxmadığına görə etiraz ediblər. Həmin etiraz poliklinikada gərgin anların yaşanmasına gətirib çıxarıb. Otaqda polis əməkdaşının olması və tibb işçisinə maska taxmadığına görə xəbərdarlıq etməməsi də müzakirələrə səbəb olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-a məsələ ilə bağlı bildirilib ki, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar. Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023