Vəkillər İlkin Süleymanova bəraət istəyib

HADİSƏ

24 May 2023 | 17:25

1004 dəfə oxunub

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

REYD xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri - Əlibaba Rzayev, Zabil Qəhrəmanov, Murtuzəli Abbasov müdafiə çıxışı edirlər. Vəkillər birgə hazırladıqları çıxışda İlkin Süleymanova bəraət verilməsini istəyiblər. Qeyd olunub ki, İlkin Süleymanovun ittiham olunduğu cinayətlə əlaqəsi yoxdur: “İlkin Süleymanov günahkar deyil. Dəlil və sübutlar, şahid ifadələri, o cümlədən İlkinlə bir kamerada saxlanılan şəxslərin, müxtəlif ekspertlərin ifadələri də müttəhim kürsüsündə oturan şəxsin cinayətkar olmadığını təsdiqləyir. Həqiqət çılpaqlığı ilə ortada olsa da, prokuror ona 20 il iş istəyib”.

Proses davam edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023