Varvara Ovçuluq Təsərrüfatında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT

16 Mart 2023 | 16:35

1077 dəfə oxunub

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib.

REYD xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023