Varan Danimarka ilə oyuna hazırdır

İDMAN

26 Noyabr 2022 | 14:58

1777 dəfə oxunub

Fransa millisinin müdafiəçisi Rafael Varanın durumuna aydınlıq gəlib.

REYD-in məlumatına görə, ulduz futbolçu Qətərdə keçirilən dünya çempionatının II turunda komandasına kömək edə biləcək.

Avstraliya ilə birinci turun oyununu buraxan 29 yaşlı mərkəz müdafiəçisinin bu gün Danimarka ilə görüşdə ilk dəqiqələrdən meydana çıxması gözlənilir. Matçda müdafiənin sağ cinahında isə Jül Kundeyə şans verilməsi planlaşdırılır.

Qeyd edək ki, Fransa-Danimarka oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023