ÜST nümayəndəsi: Uşaqların vaksinasiyasına ölkə özü qərar verməlidir

Gündəm

16 Sentyabr 2021 | 14:03

2195 dəfə oxunub

“Azərbaycanda məktəblərin açılmasını yüksək qiymətləndiririk”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.ÜST nümayəndəsi bildirib ki, uşaqların vaksinasiyasının aparılması ölkənin öz qərarıdır: “Azərbaycanda uşaqların vaksinasiyası ilə bağlı hələlik qərar yoxdur. Buna baxmayaraq, məktəblərin açılması çox vacibdir. Uşaqlar çox uzun müddətdir məktəbdən uzaq qalıb. Bu, onların sağlamlığı baxımından çox problem yaratdı, uşaqların sosiallaşmasının qarşısını aldı. Ona görə də ÜST olaraq UNİCEF-lə birlikdə məktəblərin açılması ilə bağlı tövsiyələr verdik. Əlbəttə ki, lazımi tədbirlərə əməl edərək əyani tədrisin davam etməsinə çalışılmalıdır”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023