Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

DÜNYA

19 May 2022 | 10:43

2229 dəfə oxunub

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

REYD xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 500-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023