UEFA 2022-ci ildə ulduzu parlayacaq gənclərin adlarını açıqlayıb - SİYAHI

İDMAN

12 Yanvar 2022 | 11:18

3832 dəfə oxunub

UEFA 2022-ci ildə ulduzu parlaması gözlənilən futbolçuların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 40 nəfərlik siyahı tərtib edib.

Bu il ön plana çıxması gözlənilən həmin oyunçular 21 yaşı tamam olmayanlardır.

1. Karim Adeyemi (Almaniya, 19 yaş – “Zalsburq”)
2. Amine Adli (Fransa, 21 – “Bayer”)
3. Anuar Ait el Hac (Belçika, 19 – “Anderlext”)
4. Ander Barrenetxea (İspaniya, 20 – “Real Sosyedad”)
5. Stip Biuk (Xorvatiya, 19 – “Hayduk”, Split)
6. Erik Botheym (Norveç, 21 – “Krasnodar”)
7. Aqibu Kamara (Qvineya, 20 – “Olimpiakos”)
8. Ersin Destanoğlu (Türkiyə, 21 – “Beşiktaş”)
9. Uqo Ekitike (Fransa, 19 – “Reyms”)
10. Hervi Elliott (İngiltərə, 19 – “Liverpul”)
11. Konor Qallaxer (İngiltərə, 21 – “Kristal Pelas”da icarədədir, “Çelsi”yə məxsusdur)
12. Qavi (İspaniya, 17 – “Barselona”)
13. Etyenn Qrin (İngiltərə, 21 – “Sent-Etyenn”)
14. Pyerr Kalulu (Fransa, 21 – “Milan”)
15. Arnaud Kalimuendo (Fransa, 19 – “Lans”da icarədədir, PSJ-yə məxsusdur)
16. Odilon Kossonou (Fil Dişi Sahili, 20 – “Bayer”)
17. Kaçper Kozlovski (Polşa, 18 – “Sent-Jilloys”da icarədədir, “Brayton”a məxsusdur)
18. Loyzos Loyzou (Kipr, 18 – “Omoniya”)
19. Noni Madueke (İngiltərə, 19 – PSV)
20. Mixaylo Mudrik (Ukrayna, 20 – “Şaxtyor”, Donetsk)
21. Maksim Muxin (Rusiya, 20 – MOİK, Moskva)
22. Niko (İspaniya, 19 – “Barselona”)
23. Luka Netz (Almaniya, 18 – “Borussiya”, Mönhenqladbax)
24. Beçir Omeraqiç (İsveçrə, 19 – “Sürix”)
25. Loys Openda (Belçika, 21 – “Vitess”də icarədədir, “Brügge”yə məxsusdur)
26. Yeremi Pino (İspaniya, 19 – “Vilyarreal”)
27. Nikolas Raskin (Belçika, 20 – “Standard”)
28. Qyakomo Raspadori (İtaliya, 21 – “Sassuolo”)
29. Devin Renş (Niderland, 18 – “Ayaks”)
30. Nikolo Rovella (İtaliya, 20 – “Cenoa”da icarədədir, “Yuventus”a məxsusdur)
31. Georginio Rutter (Fransa, 19 – “Hoffenhaym”)
32. Andreas Şyelderup (Norveç, 17 – “Nordsyelland”)
33. Benjamin Şeşko (Sloveniya, 18 – “Zalsburq”)
34. Məhəmməd Simakan (Fransa, 21 – “Leypsiq”)
35. Vilfred Sinqo (Fil Dişi Sahili, 21 – “Torino”)
36. Emil Smit Rou (İngiltərə, 21 – “Arsenal”)
37. Kepren Türam (Fransa, 20 – “Nitsa”)
38. Jurryen Timber (Niderland, 20 – “Ayaks”)
39. Adrien Truffer (Fransa, 20 – “Renn”)
40. Arsen Zaxaryan (Rusiya, 18 – “Dinamo”, Moskva)



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023