Üç rayonda vahid əlaqələndirmə mərkəzləri açılıb

CƏMİYYƏT

11 May 2022 | 11:10

3523 dəfə oxunub

Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinin qəbulu məqsədilə daha 3 rayonda - Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.

Bu barədə REYD-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir, Qusar və Salyan rayonlarındakı ərazi filaillarının binasında fəaliyyət göstərir. Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət edir:

Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə,
Qusar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə,
Salyan rayonundakı vahid əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q) Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları üzrə
vətəndaşların müraciətləri qəbul olunur.

2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.

Bu mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında birbaşa (yerində), 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada həyata keçirilir.

Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərində 31 mindən çox müraciət üzrə xidmətlər göstərilib, habelə 142 Çağrı Mərkəzinə qeyd olunan mərkəzlərin fəaliyyət sahələri üzrə daxil olan 87,5 min müraciət cavablandırılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023