Türkiyə Prezidenti Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

ÖLKƏ

26 Sentyabr 2023 | 14:43

235 dəfə oxunub

Ermənistandan prosesi uzatmaq yerinə artıq güclü iradə nümayiş etdirməsini gözləyirik. Bu gözləntimi 11 sentyabrda telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın da diqqətinə çatdırdım.

REYD xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna riayət edildiyi təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişi təmin etmək regional normallaşmaya böyük töhfə qazandıracaq. Cənubi Qafqazda sabitlik, barış və rifahın təsis edilməsi üçün Azərbaycanla birlikdə çalışmağı davam etdirəcəyik”, - Ərdoğan qeyd edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023