Tovuzda 75 yaşlı kişi minaya düşüb

HADİSƏ

27 May 2023 | 10:01

940 dəfə oxunub

Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanasına çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda onun Qazax rayon mərkəzi xəstəxanasında müalicəsi davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023