Terrorçu Anders Breyvik vaxtından əvvəl azadlığa buraxıla bilər

DÜNYA

18 Yanvar 2022 | 11:33

2787 dəfə oxunub

Norveçdə ən dəhşətli cinayətlərindən birinə görə məsuliyyət daşıyan Anders Breyvikin vaxtından əvvəl azadlığa çıxması üçün məhkəmədə dinləmələr keçiriləcək.

REYD "Washington Post"a istinadən verdiyi xəbərə görə, dinləmələr üç-dörd gün davam edəcək.

Qatil 10 ildən artıq dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra niyə həbsdən azad edilməli olduğunu məhkəmədə açıqlamalıdır.

42 yaşlı Breyvik 21 il azadlıqdan məhrum edilib və əgər o, cəmiyyət üçün davamlı təhlükə hesab edilərsə, bu müddət qeyri-müəyyən vaxtadək uzadıla bilər.

Prokuror Hulda Karlsdottir bildirib ki, hökumət cəmiyyəti qorumaq üçün Breyviqin davamlı həbsdə qalmasının vacibliyinə inanır.

İfrat sağçı ekstremistin azadlığa buraxılması tələbi ötən il Norveç hökumətinin onun ərizəsini rədd etməsindən sonra məhkəmə tərəfindən baxılır.

Xatırladaq ki, 2011-ci ilin iyulunda Breyvik Osloda Baş nazirin ofisi qarşısında bomba partladaraq və sol təmayüllü İşçi Partiyasının təşkil etdiyi gənclərin yay düşərgəsində atəş açaraq ümumilikdə 77 nəfəri öldürüb. 2012-ci ildə o, terrorizm və qətl ittihamı ilə məhkum edildikdən sonra Norveç qanunlarına görə maksimum - 21 il həbs cəzası alıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023