“Taliban” Əfqanıstanın BMT-dəki daimi nümayəndəsini dəyişib

DÜNYA

22 Sentyabr 2021 | 08:28

2218 dəfə oxunub

“Taliban” BMT-yə yazılı olaraq bildirib ki, Əfqanıstanın əvvəlki hökumət tərəfindən təyin edilmiş Daimi Nümayəndəsi Qulam İsakzai artıq ölkəni təşkilatda təmsil etmir.

REYD-in xəbərinə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Xak RİA Novosti-yə bildirib.Onun sözlərinə görə bununla bağlı BMT Baş katibinin ünvanına sentyabrın 20-də rəsmi məktubla müraciət olunub: “Məktubda daimi nümayəndənin missiyasının tamamlandığı və artıq Qulam İsakzainin Əfqanıstanı təmsil etmədiyi bildirilib. Eyni zamanda, yeni daimi nümayəndə kimi Məhəmməd Sühail Şahinin təyin edildiyi qeyd edilib”.

Fərxan Xak əlavə edib ki, məktubda, həmçinin, avqustun 15-dən Əfqanıstanın əvvəlki prezidenti Əşrəf Qəninin qovulduğu və ölkədə onun artıq prezident olaraq tanımadığını vurğulanıb”.

#



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023