Sumqayıtlı sakinlərin nəqliyyat kartı ilə bağlı problemləri həll olunur - RƏSMİ

Gündəm

20 Oktyabr 2021 | 19:32

2291 dəfə oxunub

Sumqayıtda artıq 22 gündür ki, ictimai nəqliyyatda kart sistemi tətbiq olunub. Bununla da sakinlər gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar vasitəsilə ödəyə bilərlər. Bank kartları olmayan sərnişinlər isə qiyməti 2 manat məbləğində olan nəqliyyat kartları əldə edə bilərlər. Yeni texnologiyanın tətbiqi vətəndaşlar arasında müəyyən narazılığa səbəb olub. Vətəndaşlar satışda yetərincə kartın olmaması ilə yanaşı, satılan yüzlərlə kartın da bloka düşdüyünü deyirlər. Nəticədə gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından pul çıxılır, amma validatorların ekranında kartın işləmədiyi ilə bağlı məlumat göstərilir. 

Reyd Pressa-ya istinadən mövzuyla bağlı "Sumqayıt Nəqliyyat” MMC-nin açıqlamasını sizlərə təqdim edir:

"Bildiyiniz kimi, bu sistem yenidir. Vətəndaşlar nəqliyyat kartları alan zaman onlar 5 pulsuz gediş haqqı qazanırlar. Bəzən sakinlər bizə müraciət edir ki, kartdan əlavə məbləğ çıxılır. Lakin araşdırma zamanı məlum olur ki, vətəndaşın şikayəti əsassızdır. Bu cür əsassız şikiayətlərin sayı 20-dən çoxdur. Hazırda yaranmış problemlərin həlli istiqamətində müvafiq işlər görürük. Belə ki, yaxın günlərdə dayanacaqlarda nəzarətçilər müvafiq bankın POS-terminalları ilə vətəndaşlara xidmət göstərəcək. Həmin POS-terminallarla vətəndaşlar öz kart balanslarını yoxlaya bilərlər. Bununla da sərnişinlər problemin validatorda yaxud kartlarında olub-olmamasını müəyyən edə biləcəklər. Artıq bu həftə içərisində ”Azərpoçt”un Sumqayıt şöbəsində 5000 ədəd nəqliyyat kartı satışda olacaq. Növbəti həftə isə 100 min nəqliyyat kartının xaricdən gətirilərək müvafiq bank tərəfindən aktivləşdirilməsi və satışının həyata keçirilməsi planlaşdırılır. Bəzən vətəndaşlar tərəfindən bildirilir ki, ictimai nəqliyyatda gediş haqqını ödəməkdə çətinlik çəkir, bu zaman sürücülər onları mənzil başına çatdırmaqdan imtina edirlər. Bu yolverilməzdir. Sürücülərin bu məsələdə heç bir haqqı yoxdur. Hesab edirik ki, 15 gün ərzində Sumqayıtlı sakinlərin nəqliyyat kartı ilə bağlı problemləri həll olunacaq". 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023