Sumqayıtda qətl törədən şəxsin məhkəməsi başlayır

HADİSƏ

21 Sentyabr 2021 | 11:21

1853 dəfə oxunub

2021-ci il iyunun 6-da Sumqayıt şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla İlkin Muxtarovun aralarında yaranan mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsi müəyyən edilib.İlkin Muxtarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023