Şoyqu: Kiyevdə daha bir “Patriot” sistemini vurmuşuq

DÜNYA

30 May 2023 | 14:45

391 dəfə oxunub

Rusiya Silahlı Qüvvələri Kiyevdə daha bir “Patriot” sistemini vurub.

 

REYD-in Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

 

Onun sözlərinə görə, bu gün Moskva regionuna 8 PUA ilə hücum edilib: "Ukraynaya məxsus səkkiz PUA-nın hamısı vurulub. Onlardan 3-ü Moskvada elektron mübarizə sistemi vasitəsi ilə düşürülüb, daha 5-i isə Moskva vilayətində “Pantsir” kompleksi tərəfindən vurulub".

 

Şoyqu qeyd edib ki, bu gün səhər Kiyev Moskva regionunda terror aktı həyata keçirib: "Qeyd edim ki, bunlar mülki obyektlərdə olub. Rusiya Silahlı Qüvvələri Ukrayna birləşmələrinin hərəkətlərinə mümkün qədər sərt reaksiya verir”.

 

MN başçısı Rusiya qoşunlarının bir ay ərzində 29 "Storm Shadow" raketinin vurulduğunu da əlavə edib.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023