SOCAR və “Uniper” əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

İQTİSADİYYAT

28 Aprel 2022 | 15:29

3219 dəfə oxunub

Bu gün SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

REYD xəbər verir ki, birinci vitse-prezident Rövşən Nəcəf SOCAR-ın strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi, bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə toxundu. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq təcrübəsinin önəmli rolunu qeyd etdi.

Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirdi və bu biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023